Paris Hiltonun bacısı milyonçuya ərə gedir

Paris Hiltonun bacısı milyonçuya ərə gedir
1783 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa və müğənni Paris Hiltonun 30 yaşlı bacısı Nikki Hilton bankir Ceyms Rotşildə ərə gedir.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük 3 il əvvəl yaxınlarının toy mərasimində tanış olublar və ilk baxışdan bir-birlərini seviblər. C.Rotşildin Nikkiyə evlənmə təklifi də maraqlı olub. Belə ki, o, İtaliyada Komo gölü sahilində dincələrkən yaxta gəzintisi zamanı dizi üstə çökərək N.Hiltona brilliant qaşlı üzüyü uzadıb və onunla ailə qurmaq istədiyini deyib. Təbii ki, Nikki bu təklifə “hə” söyləyib.

Qeyd edək ki, Nikki Hilton 2004-cü ildə uşaqlıq dostu Todd Meyster ilə ailəli olub. Lakin onların bu evliliyi cəmi 3 ay davam edib.