Əfsanəvi aktyor Ceki Çan Britaniyada televiziya şoularından birinə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, böyük çoşqu ilə qarşılaşan aktyor hər kəsi əyləndirməyi bacarıb.
Zarafatları ilə bütün tamaşaçıları qəhqəhələrə boğan 60 yaşlı ulduz veriliş zamanı ayaqqabılarını da çıxarıb və maraqlı corablarını nümayiş etdirib. Şounun çıxışında aktyorun fanatları telekanalın qarşısında əməlli-başlı izdiham yaşadıb.