Hər zaman formada görünən dünya ulduzları bəzən makiyajsız halda gizli kameralardan qaça bilmirlər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə müğənni Cennifer Lopez də paparatsilərin hədəfinə tuş gəlib.
Ulduz saçlarını səliqəsiz şəkildə yuxarıdan toplayıb və makiyajsız gözlərini eynəyi ilə gizlədib. İdmandan gələn Cennifer hətta bu halı ilə də cazibədarlığını qorumağı bacarıb. Müğənni göbəyiaçıq köynəyi və dar şalvarı ilə bədən quruluşunu daha da vurğulayıb.