Əməkdar artist Tünzalə Ağayeva qoluna yeni döymə etdirib. Axşam.az-ın məlumatına görə, müğənni yay ərzində bir neçə dəfə qoluna müxtəlif şəkillər çəkdirib.
Yeni şəkillərini İnstaqram səhifəsində paylaşan ifaçının qolundakı naxışa sənət dostları da münasibət bildirib. Onlar əməkdar artistin yeni görünüşünü bəyəndiklərini qeyd ediblər.
Qeyd edək ki, T.Ağayeva tatunu çox sevdiyini və qoluna body-art etdirdiyini bildirib. O, qalıcı olmayan şəkilləri tez-tez dəyişməyi xoşlayır. Müğənni bundan əvvəl çiyninə gül, kəpənək şəkilləri və Şəms Təbrizinin "Dünya da dəyişər" sözlərini yazdırmışdı.