Türkiyəli rejissor və aktyor Yılmaz Ərdoğanın keçmiş həyat yoldaşı Sənəm Oktardan olan qızı Berfin Ərdoğan ötən gün Bebekdə görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran gənc qız atasının sənətini davam etdirməyəcəyini deyib:
“Amerikada aşpazlığı öyrənirəm. Təhsilini aldığım işi görmək istəyirəm. Bir neçə dəfə aktrisalıq təcrübəm olub, amma mən bunu peşə kimi görmürəm”.