“Piknik” yeni buraxılışları ilə efirə qayıdır
ATV-də yayımlanan “Piknik” verilişinin növbəti buraxılışında da maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, ötən verilişdə dənizdə boğulma təhlükəsi yaşayan aparıcı İslam Mehrəliyev bu dəfə intiqam almağa çalışıb. O, həmkarı Kəmalə Piriyevaya sürpriz hazırlayıb. Proqramın qonaqları “Lənkəran nənələri” qrupu, prodüser Ataş və meyxanaçı Pərviz Bülbülə olub.
Qeyd edək ki, iki həftədir yayımını dayandıran verilişin müəllifi və rejissoru Aynurə Tahirqızı məsələyə aydınlıq gətirib:
“Hər kəsə məlumdur ki, cəbhədə əsgərlərimiz şəhid oldu. Bütün telekanallar, eləcə də biz əyləncəli proqramların yayımını dayandırdıq. Buna görə də, “Piknik” iki həftə efirdə olmadı. Artıq yeni buraxılışlarımızla və maraqlı anlarla efirə qayıdırıq”.
“Piknik”ə hər həftənin şənbə günü saat 16:00-da baxa bilərsiniz.
Proqramın rejissoru və layihə rəhbəri Aynurə Tahirqızı, operatoru Əli Hüseynov, Tural Əhmədov, montajçısı Əhməd Heybətov, prodüseri Gülnarə Rəsul, baş redaktoru Tünzalə Məlikovadır.