Millət vəkilinə ön cəbhədə yuxa qonaqlığı verdilər - fotolar
Ölkə
14:26 / 14.08.14
3980dəfə oxunub
A-
A
A+
Millət vəkili Qənirə Paşayeva ermənilərlə ön cəbhədə yerləşən Ağdam kəndinə yollanıb.
Axşam.az-ın məlumatına görə, orada yaşayan ailələrlə görüşən Q.Paşayeva fotolarını “Facebook” səhifəsində yerləşdirərək bunları yazıb:
“Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində gənc nəsillərimizi yetişdirən dəyərli müəllimlərimizdən Zamin müəllimi və həyat yoldaşı Nuriyyə xanımı ziyarət etdik. Maraqlı fikir mübadiləsi apardıq. Allah bütün yaxşı müəllimlərimizi, özəlliklə ön cəbhədəki gənc nəsillərimizi yetişdirənləri qorusun, onlara cansağlığı, xoşbəxtlik və uğurlar bəxş etsin. Eyni zamanda Aynurə xanımı və ailəsini ziyarət etdik. Bizi çox dadlı yuxaya qonaq etdilər. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm”.
Q.Paşayeva məktəblilərlə də görüşərək, onların dərsləri ilə maraqlanıb.