Kanadalı super star Selin Dion karyerasına son qoyub.
Axşam.az-ın “CNN Türk”ə istinadən məlumatına görə, müğənni bu barədə rəsmi internet səhifəsində elan edib. O, xərçəng xəstəliyindən müalicə alan həyat yoldaşı Rene Ancelil və ailəsi ilə vaxt keçirmək üçün yaradıcılığına fasilə verdiyini deyib.
3 uşaq anası olan Selin atdığı bu addıma görə tamaşaçılarından üzr üstəyib:
“Belə bir vəziyyət səbəbindən sevənlərimdən üzr istəyirəm. Göstərdiyiniz diqqət və qayğıya görə minnətdaram”.
Xatırladaq ki, müğənninin həyat yoldaşı 1999-cu ildən xərçənglə mübarizə aparır. Uzun müddətdən sonra ötən ilin dekabrında onun boğazında yenidən şiş yaranıb.
Qeyd edək ki, sənətçinin özü də boğaz iltihabından əziyyət çəkir və bu səbəbdən 29 iyundakı konsertindən sonra səhnəyə çıxa bilmir. Onun bütün proqramları verdiyi qərardan sonra ləğv edilib.