Hamilə aktrisa Kristina Aqilera “V Magazine” jurnalı üçün kamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tezliklə ana olmağa hazırlaşan ifaçı müsahibəsində bədənini sevdiyini deyib:
“Bir qadın olaraq öz bədənimlə fəxr edirəm. Mən heç vaxt gözəlliyimi gizlətmək niyyətində olmamışam”.
Şəkilləri fotoqraf Brayan Bouen Smit çəkib. Dərginin səlahiyyətli şəxslərinin məlumatına görə, Brayan özü Kristina ilə fotosessiya etmək istəyində olub və bu təkliflə çıxış edib. Xatırladaq, Kristina Aqilera ilk uşağına hamilə qalan zaman da çılpaq fotosessiya etdirmişdi və 2007-ci ildə “Marie Claire” jurnalının üzünü bəzəmişdi. Bundan başqa aktrisalar Cessika Simpson, Demi Mur, modellər Alessandra Ambrosio, Miranda Kerr və başqa cəsarətli məşhurlar da hamilə olarkən çılpaq şəkildə kamera qarşısına keçiblər.