Futbolçu Devid Bekhem övladları ilə birlikdə çimərlikdə əylənərkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, uşaqları ilə əyləncəli vaxt keçirən ulduzun cazibədar bədən quruluşu da diqqətdən qaçmayıb.
Hər zaman ən məşhur brendlərin siması olan Bekhem bədənini nümayiş etdirməkdən çəkinmir. O, çimərlikdə olarkən 3 yaşlı qızı Harperə daha çox vaxt ayırıb. Gah onu dondurmaya qonaq edən, gah da uşaq kimi qızı ilə əylənən ulduz daha sonra uşaqlarının şəkillərini çəkməklə məşğul olub.