"Biz iki ildən çoxdur bir yerdəyik. Bu gün də öz üzərimizdə çalışırıq. Təbii ki, hər kəsin fərqli xarakteri var, o başqa mühitdə böyüyüb, mən başqa. Məsələn, onun öz travmaları varsa, başa düşür ki, özü həll etməlidir və aradan qaldırır. Eynilə də mən".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev "Efirdən kənar" verilişində deyib. İfaçı ukraynalı xanımı Yana Nijnikdən danışıb.
"Hər bir şey əziyyət tələb edir: istər dostluq, ailə həyatı, istərsə də, biznes. Bunlar diqqət istəyir. Sadəcə, bizdə elə bir düşüncə tərzi var ki, deyirlər, məni olduğum kimi qəbul etməlisən. Bu, yanlışdır. İnsan öz üzərində işləməlidir. Fərd olaraq da, ailədə də. Deyirlər, çox gəzən bilər. Mənə elə gəlir ki, bu məqamın da bizə müsbət təsiri var. Biz bir il Yana ilə dostluq etmişik. Hər şey dostluqdan başlayır. Sevgi var idi, sadəcə sevginin fəsil kimi dəyişməyi var. Fəsillər kimi qışı, yayı, yazı, payızı var... Ona görə sevgiyə güvənib ailə qurmaq da düzgün deyil. Onunla birinci görüşdə düşündüm ki, doğrudan da bu qədər yaxşı ola bilərmi? Yəni ətrafındakı insanlara, heyvanlara qarşı... Yana 16 ildir ət yemir, sırf heyvanlara yazığı gəldiyi üçün. Elə bir ürəyi var. Bir il onunla dostluq etdim, dedim, oynamaq deyil. Həqiqətən də belədir".