Türkiyəli aktyor Cem Yılmaz Bodrumda aldığı yeni evində naməlum bir qadınla görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, villasında oğlu Kamalla dincələn yumor ustası uzun müddət onunla hovuzda oynayıb. Həmin qadın isə hovuzdan çıxan Kamalı güldürə bilmək üçün iməkləməyə başlayıb.
Daha sonra aktyorun oğlu Bodrumda dincələn anası Ahu Yağtunun yanına aparılıb.