Xəyyam Zinət Sali ilə duet oxudu – fotolar

Xəyyam Zinət Sali ilə duet oxudu – fotolar
1882 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xəyyam Nisanov ötən gün “TRT Avaz”da yayımlanan “Ən bəyaz gecələr” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqrama qatılan türkiyəli ifaçı Zinət Sali “Çox gözəl səsə malik olan azərbaycanlı müğənni Xəyyam Nisanov” deyə sənətçini səhnəyə dəvət edib. O, Xəyyamın “İstanbul” mahnısını yeni albomuna daxil edəcəyini bildirib.

Zinət və Xəyyam bəstəni “Enbe orkestrası”nın müşayiəti ilə canlı, duet şəklində səsləndiriblər. X.Nissanov daha sonra “Daşlı qala” mahnısını oxuyub.

Qeyd edək ki, “İstanbul” bəstəsinin müəllifi Murad Arifdir.