Türkiyənin tanınmış müğənnisi Songül Karlı jurnallardan birinə fotosessiya etdirərək müsahibə verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şəxsi həyatı və yaradıcılığı barədə danışan sənətçinin maraqlı açıqlamaları olub. Yeni mövsümdə “Kanal Türkdə” küsənləri barışdırma proqramı ilə yenidən ekranlara gələcəyini deyən S.Karlı efir üçün sinəsində 3 dəfə plastik əməliyyat etdirdiyini söyləyib:
“Sinəm çox böyük idi, 3 dəfə əməliyyat olundum. Əslində ölçülərimi sevirdim, amma veriliş üçün hazırlanan libasları geyinə bilmirdim. Efirə görə sinəmi kiçiltməyimi istədilər. Dodağımda, yanağımda estetik korreksiyalar etdirmişəm. Yəqin ki, bundan sonra əməliyyata girmərəm”.
Müğənni ikinci evliliyindən hamilə qaldığını, lakin uşağı istəmədiyi üçün bətnindəki körpəni abort etdirdiyini deyib:
“Uşağım olacaqdı, ancaq istəmədim, aborta getdim. Bir oğlum var və onu çox istəyirəm, hər bir şeyi ilə özüm məşğul oluram. Bu səbəbdən yenidən eyni çətinlikləri yaşamamaq üçün həmin addımı atdım. Yenidən hamilə qalsam, bəlkə də qərarım dəyişə bilər. Qızım olsa, adını Ayşə qoyacam”.