Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin bəyin ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşını İnstaqram vasitəsilə təbrik edib.
O, toy şəkillərini paylaşaraq “Ad günün mübarək sevgilim. Bizi sosial şəbəkədə təbrik edən hər kəsə, eləcə də sənət dostlarıma minnətdaram. Ailəmiz adından “çox sağ olun” deyirəm” sözlərini yazıb.
Xatirənin həyat yoldaşını təbrik edənlər arasında əməkdar artist Nüşabə Ələsgərli, müğənni İradə İbrahimova, Nazim Məmmədov, yumor ustası Fərda Xudaverdiyev və başqaları yer alıb.