Sevda Ələkbərzadə yeni ev alıb

Sevda Ələkbərzadə yeni ev alıb
870 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Sevda Ələkbərzadə özünə yeni ev alıb.

Axşam.az xəbər verir ki, bu haqda sənətçinin yaxın rəfiqəsi, aparıcı Xədicə Sənanqızı "Afaqla 10lar" verilişində deyib.

"Yeni mənzilində gözəl anlar yaşasın, mən də onun yanına gəlim" deyə, aparıcı deyib.

S.Ələkbərzadə isə "Bəli, yeni mənzil almışam. Orada artıq təmir işləri yekunlaşıb. Amma hələki bilmirəm həmin mənzilə köçəcəyəm yoxsa köçməyəcəyəm” cavabını verib. 

Qeyd edək ki, bir neçə il əvvəl Prezident İlham Əliyev Əməkdar artist Sevda Ələkbərzadəyə Bakıda mənzil hədiyyə edib.