Türkiyənin tanınmış cütlüyü – müğənni Əmrə Altuğ və model Çağla Şikel ötən gün evliliklərinin 6-cı ildönümünü qeyd ediblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə restoranlardan birində şam edən Əmrə və Çağlanı dostları tək qoymayıb.
Daha sonra gəzintiyə çıxan cütlük sevənlərinin xoş münasibəti ilə qarşılaşıb.