Əməkdar artist Almaz Ələsgərova nəvəsi Səidlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi nəvəsinin ad günü olduğunu bildirib.
A.Ələsgərova nəvəsinin görüntülərini yayımlayaraq "Nənənin ürəyi, ağıllı balam Səid, bu gün sənin 5 yaşın tamam olur. Elə bil dünən doğulmuşdun. Bu gün 5 yaş yübileyindir. Allaha şükürlər olsun səni bizim ailəmizə bəxş etdiyi ücün. Sənə uzun və xoşbəxt ömür arzulayıram, üzün bu şəkillərdəki kimi daim gülsün, atalı, analı, xoşbəxt böyü gözəl oğlum, mənim şirin nəvəm. Bu gün yanında olmasam da ürəyim sizin, sənin yanındadır".
Qeyd edək ki, Səid ifaçının qızı Mədinənin övladıdır. Mədinə ailəsi ilə birlikdə İsveçdə yaşayır. Onun daha iki övladı var. A.Ələsgərovanın Əminə adlı daha bir övladı da var.