Psixoloji melodram janrında çəkilmiş “Spinozanın Tanrısı” filmi təqdim olunub.
Axşam.az xəbər verir ki, ötən gün Nizami Kino Mərkəzində təqdimat mərasimi keçirilən ekran işi böyük maraq və anşlaqla qarşılanıb.
Bir gəncin həyatından bəhs edən sevgi romanının sloqanı “Belə hekayəm olmasaydı, kaş”dır.
Rejissoru Cavid Təvəkkül, ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyev olan “Spinozanın Tanrısı” “Pelican Film” Prodakşn tərəfindən istehsal olunub.
Foto: Orxan Şərəfxanov