“Viktoriya Sekret”in modellərindən olan Kara Delevin fərqli görünmək üçün qəribə üsula əl atıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, britaniyalı model pizza rəsimli kostyum geyinib.
Rəfiqələri ilə birlikdə doğum gününü qeyd edən Kara məkandan çıxarkən üzünü tamamilə bağlayıb. Rəfiqəsinin köməyi ilə yeriyən ulduz pizzalı geyimini nümayiş etdirərək gündəmə gəlməyi bacarıb.