Müğənni Ledi Qaqa qeyri-adiliyi ilə təəccübləndirməyə davam edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, öz “ARTPOP” albomu ilə bağlı dünya turuna çıxan ulduzun növbəti səfəri Yaponiyaya olub.
Qaqa Tokio səfəri zamanı tamaşaçılarından böyük diqqət görüb. Sevənlərinin qarşısına qorxulu formada çıxan 28 yaşlı ifaçı hər kəsi heyrətə gətirib.