"Yabani"nin aktrisası bununla qayıdır - Foto

"Yabani"nin aktrisası bununla qayıdır - Foto
2062 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Dolunay Soysertin yeni layihəsi açıqlanıb.

Axşam.az xəbər verir ki, aktrisa "Dehşet bey" filminə çəkiləcək. O, "Destan" obrazına həyat verəcək. 

Bundan başqa, ekran işində aktyor Sayqın Soysal da rol alacaq. O, "Nejat" obrazı ilə kamera qarşısına keçəcək.

Qeyd edək ki, filmin baş rolları Barış Arduçla Tuba Büyüküstünə həvalə olunub.

Dolunay son olaraq "Yabani", Saygın isə "Ateş kuşları"nda rol alıb.