Aktyor əməliyyatdan sonra iflic oldu

Aktyor əməliyyatdan sonra iflic oldu
1630 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Axşam.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.

O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.

"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir" deyə, o, qeyd edib.