Səs yazısı yayılan direktor işdən çıxarıldı

Səs yazısı yayılan direktor işdən çıxarıldı
1900 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. 

Axşam.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi məlumat yayıb.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. 

Xatırladaq ki, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səsyazısında əks olunub.