Türkiyəli müğənni Sibel Can ötən gün Harbiyedə konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, gecəyə “türk musiqisinin divası” Bülənt Ərsoy da qatılıb. Salonda onun üçün xüsusi oturacaq hazırlanıb. Bir-birindən gözəl mahnılarını səsləndirən S.Can səhnədən enərək B.Ərsoyun əlini öpüb.
Bundan başqa, müğənni Halil Sezai də konsertdə çıxış edib. Hər zaman fərqli geyimləri, davranışları ilə seçilən H.Sezai bu dəfə səhnəyə kostyumda çıxıb və bu stili barədə belə açıqlama verib:
“Geyim tərzimi hamınız bilirsiniz. Amma bu gün fərqli bir şey olmağını istədim”.
Qeyd edək ki, Sibeli izləyənlər arasında oğlu Engincan Ural da olub.