Axşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:
Toyuq şorbası
Ərzaqlar:
3 orta boy kök
Yarım dəstə cəfəri
Yarım çay stəkanı zeytun yağı
1 xörək qaşığı un
1 çay stəkanı (klassik ölçüdə) xırda makaron
1 böyük şorba qabı qaynadılmış, doğranmış toyuq filesi
Düz
12 stəkan toyuq suyu
Hazırlanması:
Əvvəlcə toyuq filesini 3 xörək qaşığı zeytun yağında yüksək odda 3-5 dəqiqə yüngülcə qızardın, sonra üzərinə bol su töküb qaynadın. Beləliklə, çox dadlı və ətirli toyuq suyu əldə edirsiniz. Şorbada istifadə edəcəyiniz üçün bol su əlavə etsəniz yaxşı olar. Toyuq qaynadıqdan sonra doğrayın. Yerkökü soyun və sürtgəcdən keçirin. Şorba qazanına qoyun, üzərinə zeytun yağı tökün və 3-5 dəqiqə qızardın. Unu əlavə edib qoxusu çıxana qədər 2 dəqiqə qovurun. Cəfərini incə doğrayın və əlavə edin, bir dəqiqə daha qarışdırın və toyuq suyunu əlavə edin. 2 dəqiqə qaynadın, sonra makaron və toyuq ətini əlavə edin, yumşalana qədər qaynadın.

Tərəvəzli küftə
Ərzaqlar:
500 qram orta yağlı mal əti
3 xörək qaşığı bulqur
1 ədəd yumurta
1 ədəd rəndələnmiş soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Əlavə üçün:
4 xörək qaşığı zeytun yağı
3 orta ölçülü kartof (doğranmış)
3 parça kök (doğranmış)
1 stəkan qaynadılmış noxud
1 ədəd soğan
1 çay qaşığı duz
1.5 xörək qaşığı tomat pastası
1 çay qaşığıqara bibər
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı oregano
5 stəkan isti su
Hazırlanması:
Küftə üçün qiymə, yumurta və bulquru dərin bir qaba qoyun. Soğanı və ədviyyatları əlavə edib yoğurun. Qarışıqdan kiçik parçalar götürün və kiçik yuvarlaq küftələr düzəldin. Soğanı zeytun yağı ilə ocaqda qovurun. Yerkökü və kartofu əlavə edib qovurmağa davam edin. Ədviyyat, tomat pastası və noxud əlavə edib qovurun. Hazırladığınız küftələri və suyu qazana əlavə edib 10 dəqiqə bişirin. Meşə kababını soba qabına qoyun və 190 dərəcədə 20 dəqiqə bişirin.

Portağallı peçenye
Ərzaqlar:
2 ədəd yumurta (1-nin ağını üstü üçün saxlayın)
1/2 stəkan qatıq
1 stəkan yağ
1 stəkan şəkər tozu
1 ədəd portağal qabığı
1 paket vanillin
1 paket qabartma tozu
4.5 stəkan un
Üstü üçün:
1 ədəd yumurta ağı
2-3 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Portağal peçenyeləri üçün dərin bir qabda şəkər, yumurta sarısı, yağ, qatıq, vanil və portağal qabığını qarışdırın. Unu və qabartma tozunu əlavə edib yapışmayan xəmir yoğurun. Sonra 30 dəqiqə soyuducuda saxlayın. Xəmirdən parçaları qoparın. Əvvəlcə yumurta ağına, sonra şəkərə batırın. Soba qabına qoyun. Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə təxminən 30 dəqiqə bişirin.
