Sabah bu yol bağlı olacaq

Sabah bu yol bağlı olacaq
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində təmir işləri aparılacaq. 

Axşam.az xəbər verirki, bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, bu səbəbdən də saat 9:00-dan 23:00-dək sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.   

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edilir.