"Dürüstlüyü səndən öyrəndim"

"Dürüstlüyü səndən öyrəndim"
1143 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mehin Hümbətova anası Xatirə xanımla fotosunu yayımlayıb.

Axşam.az xəbər verir ki, sənətçi anasının ad günü olduğunu bildirib.

“Məni ən səmimi və qarşılıqsız sevən anamın bu gün doğum günüdür. Sənin övladın olmaqdan qürur duyuram. Öz insani keyfiyyətlərini nəinki mənə, ətrafdakı hər kəsə ötürürsən. İnsanpərvər olmağı, heç kəsin haqqına girməməyi, mərdliyi və dürüstlüyü səndən öyrəndim. Sən bir övlada ola biləcək ən gözəl nümunəsən. Sənə olan sevgimi sözlər belə ifadə etməkdə acizdir. Çox yaşa, mənim gözəllər gözəli anam. Sağlam və gümrah yaşa!” deyə, Mehin paylaşımında yazıb.