“Şənbə gecəsi” 14,5 milyon dollara satıldı

“Şənbə gecəsi” 14,5 milyon dollara satıldı
396 dəfə oxunub
  • A-
  • A
  • A+

Jan-Mişel Baskinin “Sabado por la Noche” (“Şənbə gecəsi”) tablosu Honq-Konqda keçirilən hərracda 14,5 milyon dollara satılıb.

Axşam.az xəbər verir ki, bu barədə hərracı təşkil edən "Christie's" hərrac evi məlumat yayıb.

1984-cü ilə məxsus “Şənbə gecəsi” bu yaz Asiyada hərracda satılan ən bahalı əsər olub. Rəsm kətan üzərində akril və yağlı pastellə işlənib və Baskinin son dövrünə aiddir.

Baskiyanın ən bahalı əsəri olan 1982-ci ildə çəkilmiş “Adsız” tablosu 2017-ci ilin mayında Nyu-Yorkdakı hərracda 110,5 milyon dollara satılıb.