Ermənistan Azərbaycan dilində danışan blogerə cinayət işi açdı

Ermənistan Azərbaycan dilində danışan blogerə cinayət işi açdı
1631 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli blogerin İrəvanda lentə aldığı videoların yayımlanması ilə bağlı Ermənistanda cinayət işi başladılıb.

Axşam.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O həmçinin Azərbaycan torpağında olduğunu deyib. 

Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.