Samirə Əfəndi yenidən "Avroviziya"da - Video

Samirə Əfəndi yenidən "Avroviziya"da - Video
1431 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samirə Əfəndi 2025-ci ildə keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində qonaq ulduz kimi iştirak edəcək.

Axşam.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. Samirə müsabiqənin hansı günündə səhnəyə çıxacağını açıqlamayıb.

O, bildirib ki, Bazel şəhərində keçiriləcək gecədə “Mata Hari” mahnısını interval aktlarından birində ifa edəcək.

Xatırladaq ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və Azərbaycanı təmsil edən "Mamagama" qrupu mayda baş tutacaq şounun birinci yarımfinalında 10 nömrə altında səhnə alacaq.

Qeyd edək ki, Samirə Azərbaycanı 2021-ci ildə “Avroviziya”da təmsil edib və 20-ci olub.