Rusiyanın Xalq artisti, müğənni, aktyor Fidan Qafarov vəfat edib.
Axşam.az xəbər verir ki, sənətçi 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, F.Qafarov 1980-ci ildə “Mosfilm” kinostudiyasında lentə alınan “Atlı qızıl atda” filmində "Altınduqi" rolunu oynayıb. O, RSFSR Xalq artisti, Başqırdıstan MSSR və Tatarıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.