Bakıda da çıxışı gözlənilən Castin Timberleykin rayderi

Bakıda da çıxışı gözlənilən Castin Timberleykin rayderi
461 dəfə oxunub
  • A-
  • A
  • A+

2025-ci ildə dünya turuna çıxaraq konsertlər verməyi planlaşdıran məşhur amerikalı müğənni Castin Timberleykin rayderi bəlli olub.

Axşam.az xəbər verir ki, iyulun 25-də Türkiyədə səhnəyə çıxamağa hazırlaşan ifaçının özəl istəkləri yerli mediada yayımlanıb.

Belə ki, Castin Timberleyk dinlənmə otağında dilimlənmiş qarpız, çəyirdəksiz üzüm, ananas, banan, manqo, avokado, alma, püstə, buzlu badam, qozla dolu səbətin olmasını tələb edib. O, kulisin 22 dərəcə temperaturda sabit qalmasını istəyib.

Qeyd edək ki, müğənninin iyulun 27-sində Bakıda çıxışı gözlənilir.