Sezen Aksu milyonlar qazandı, müzakirə yaratdı

Sezen Aksu milyonlar qazandı, müzakirə yaratdı
1046 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun aradan sonra mahnılarını təqdim etməyə hazırlaşan türkiyəli məşhur müğənni Sezen Aksu xarici musiqi şirkəti ilə anlaşıb.

Axşam.az xəbər verir ki, ifaçı 21 sinql və 30 albomdan ibarət musiqi hüquqlarını 700 milyon lirə (31 milyon manata yaxın) müqabilində "Universal Music Group"a (UMG) satıb.

Lakin sözügedən şirkətin İsraili dəstəkləməsi ölkənin sosial media seqmentində müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri isə sözügedən məbləğin S.Aksuya görə az olduğunu bildiriblər.