Rusiyanın Xalq artisti Qriqori Leps jurnalisti təhqir edib.
Axşam.az xəbər verir ki, bununla bağlı görüntülər teleqramda yayılıb. Leps şəxsi həyatı ilə bağlı sualdan sonra xanım müxbiri təhqir edib.
Müğənni jurnalistə “madyan” və “at” deyib və nalayiq ifadələr işlədib.
"Diqqətli ol. Mən sənin həyat yoldaşın, dostun deyiləm. Mənə toxunma” deyə, müğənni müxbirə bildirib.
Qeyd edək ki, 62 yaşlı Leps 19 yaşlı Aurora Kiba ilə nişanlıdır. O, tez-tez aqressiv hərəkətləri ilə gündəmə gəlir.