Qızından ad günü olan müğənniyə gecə yarısı sürpriz – fotolar

Qızından ad günü olan müğənniyə gecə yarısı sürpriz – fotolar
7715 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün əməkdar artist Aybəniz Haşımovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənninin qızı Aynişan Quliyeva gecə yarısı anasına sürpriz hazırlayıb.
 
Saat 00:00-ı keçən kimi Aynişan onun üçün çiçək dəstəsi, adının yazıldığı şarlar və digər sürprizlər edib.

O, fotoları İnstaqram səhifəsində paylaşaraq “Arxaya dönüb baxdığımda görürəm ki, çox çətinliklərdən keçmişəm. Amma başı uca keçmişəm. Niyə? Çünki mənim belə anam var. Doğum günün mübarək anam. 100 yaşa” sözlərini yazıb.

Gecədən  fotoları təqdim edirik.

Qeyd edək ki, A.Haşımova 1968-ci ildə Gəncədə anadan olub.