Fransalı aktyor Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Axşam.az xəbər verir ki, bu barədə Paris məhkəməsi qərar qəbul edib.
Bildirilib ki, 76 yaşlı aktyor, 2021-ci ildə çəkilən "Les Volets Verts" filminin çəkilişi zamanı iki qadına cinsi zorakılıq etməkdə təqsirli bilinib.
Qeyd edək ki, 2019-cu ildə aktrisa Emmanuel Debever də 1982-ci ildə "Danton" filminin çəkiliş meydançasında Depardyenin ona qarşı zorakılıq etməsi ilə bağlı ittihamlar səsləndirib.
2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürənlər arasında kanadalı aktrisa Şarlotta Arnold da var. Onun sözlərinə görə, o, atasının köhnə dostu Depardye tərəfindən iki dəfə cinsi təcavüzə məruz qalıb. İş hazırda məhkəmədədir.
Bundan başqa, daha 13 qadın aktyoru cinsi təcavüzdə ittiham edir.