Vasif Məhərrəmli yayılan videosundan danışdı

Vasif Məhərrəmli yayılan videosundan danışdı
10439 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vasif Məhərrəmli səhhətinin pisləşməsi ilə bağlı yayılan videodan danışıb.

Axşam.az xəbər verir ki, müğənni görüntülərin illər əvvələ aid olduğunu bildirib. O qeyd edib ki, bəziləri onun toy biznesinə mane olmaq istəyirlər:

"Ölkədə deyiləm, amma olan xoş və neqativ hadisələrdən xəbərdaram. Guya, xəstələnmişəm. Həmin görüntülər 15 il əvvələ aiddir. Onda Zaur Kamal ARB TV-də işləmirdi. Efirdə təzyiqim qalxdı, təcili qardım gəldi. Ondan sonra bir gün xəstəxanada qaldım. İllər sonra belə hadisəni gündəmə gətirmək nəyə lazımdır? Qarşıdan iyun ayı və toy mövsümü gəlir. Belə edirlər ki, insanlar məni toyuna çağırmasın. Arzunuz ürəyinizdə qalacaq. Bir insanı Allah qaldırırsa, heç kim onu yıxa bilməz".