İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino və Azərbaycandır.
Ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edəcək. Qrup 10-cu nömrə altında səhnədə çıxış edəcək.
Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.