Kamran taksi sürücülərindən şikayətləndi - Video

Kamran taksi sürücülərindən şikayətləndi - Video
1811 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kamran Ağabalayev taksi sürücülərindən şikayət edib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə taksidə lentə aldığı videonu izləyiciləri ilə bölüşən aktyor bunları deyib:

"Taksi sifariş etmişəm və ilk olaraq o möhtəşəm sual verilir, "taksi sifariş etmişdiniz?". Dedim ki, bəli, etmişəm. Sonra düşürsən taksi gözləməyə və 5 dəqiqə sonra zəng gəlir ki, hardasınız? Cavab verirəm ki, ünvandayam. Deyir ki, üzrlü sayın, maşın və nömrəsi başqadır. Dedim yaxşı. İndi də sizinlə danışa-danışa oturub gözləyirəm. Taksi sürücüsü siqaret almağa gedib. 

Taksi mövzusu artıq problemə çevrilib. Mən kimə və necə başa salım ki, heç kimlə ünsiyyət qurmadan taksi sifariş vermək istəyirəm? Sürücülərin 10-dan 9-u yığır ki, taksi sifariş vermisiniz? Sualdır bu?".