Bu gün ikinci yarımfinaldır

Bu gün ikinci yarımfinaldır
252 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün, mayın 15-də Bazeldə “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Axşam.az xəbər verir ki, bu gün səhnədə 16 ölkənin nümayəndələri finala vəsiqə qazanmaq üçün yarışacaqlar: Avstraliya, Monteneqro, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Çexiya, Danimarka, İsrail, Lüksemburq, Serbiya və Finlandiya.

Müsabiqə yerli saatla 23:00-da başlayır.

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.