“Son zəng”də məzunlar yalnız bu geyimdə ola bilər

“Son zəng”də məzunlar yalnız bu geyimdə ola bilər
5771 dəfə oxunub
  • A-
  • A
  • A+

Məktəblərdə “Son zəng” tədbirləri zamanı məzunların geyim formalarına dair qadağa ilə bağlı məlumat yayılıb. Qeyd olunub ki, məzunların “Son zəng” tədbirlərində yalnız məktəbli forması geyinmələri tələbi qoyulub.

Axşam.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimatda şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilib:

“Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir”.