"Yeşilçam"ın sevilən aktyoru Ahmet Mekin əməliyyat olunub.
Axşam.az xəbər verir ki, Erdekdəki bağ evində yıxılaraq omba sümüyü qırılan 92 yaşlı sənətçi bu gün əməliyyat masasına uzanıb.
Aktyor sosial şəbəkədə xəstəxanadan paylaşım edərək "Səhhətim yaxşıdır. Çox uğurlu əməliyyat keçirdim. Bütün sevənlərimə təşəkkür edirəm" sözlərini deyib.