ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub və şiş sümüklərinə yayılıb.
Axşam.az xəbər verir ki, diaqnoz cümə günü həkimlər onun prostat vəzində əlavə müayinə tələb edən kiçik şiş aşkarlandıqdan sonra qoyulub.
"Xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonal terapiyaya həssasdır və effektiv müalicə edilir" deyə, Baydenin nümayəndəsi bildirib.
İndi Bayden ailəsi keçmiş ABŞ prezidentinin müalicə variantlarını nəzərdən keçirirlər.