"Gözəllik müsabiqəsinə həyat yoldaşımın dəstəyilə qatıldım" - fotolar

"Gözəllik müsabiqəsinə həyat yoldaşımın dəstəyilə qatıldım" - fotolar
3598 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustun 10-da Ekvadorda keçirilən "Dünya gözəli-2014" gözəllik müsabiqəsinin qalibi olan rusiyalı Yuliya İonina "Woman.ru" saytına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, şəxsi həyatı ilə də bağlı sualları cavablandıran dünya gözəli yarışmada iştirak etməyə necə qərar verdiyindən danışıb:
 
"Üç övladım var. Böyük oğlum Romanı 24 yaşımda dünyaya gətirmişəm. Özüm tək uşaqlı ailədə böyüdüyüm üçün həmişə bacı və qardaşımın olmasını istəyirdim. Həyat yoldaşım Vitali 6 uşaqlı ailədə dünyaya göz açıb. Ona görə də, ikinci dəfə ana olmaq qərarına gəldim və əkizlərim doğuldu.
 
Bu müsabiqə həyatımın ən vacib anında başladı. Həmin vaxt bəzi şəxsi problemlərim var idi. Üç uşaq, yorğunluq... Bilmirdim ki kiməm: ana, evdar xanım, yoxsa qadın? Dəyişikliyə ehtiyac duyurdum. Televizordan "Sankt-Peterburq gözəli"nin seçildiyi xəbərini eşitdim. Rəfiqəmin məsləhəti ilə ora qatıldım və qalib oldum. Həyat yoldaşımın dəstəyi ilə isə dünya gözəllik müsabiqəsində iştirak etdim və ikinci qələbəmi qazandım".