Türkiyəli bloger Elgün üçün ictimaiyyətə səsləndi - Video

Türkiyəli bloger Elgün üçün ictimaiyyətə səsləndi - Video
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli fenomen Mustafa Can Sefil Gəncədə küçədə döyülərək tərk edilib və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişən 18 yaşlı Elgün İbrahimola bağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, bloger 595 minlik instaqram və 865 minlik tikTok hesabında video yayımlayıb. 

Mustafa "Azərbaycanda 18 yaşlı gənc vəhşicəsinə döyülüb, binadan atılıb. Bu, sadəcə cinayət yox, vəhşilikdir. Üzərindən 8 gündən çox vaxt keçib, amma səbəbkarlar tapılmadı. Azərbaycandakı bir çox insan Türkiyədə olan qadın və uşaq cinayətində, haqsıslıqlara barədə səs çıxartdı. Bunun eynisinin Türkiyədə də edilməsini istəyirəm. Bu tərz hadisələrin ölkə xaricində də yayılmasını istəyirəm. Hadisənin araşdırılmasını daha da sürətləndirəcəyinə inanıram" deyə, videoda bildirib.

Qeyd edək ki, Elgün Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.

Elgünün şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib. Ona xəstəxanada qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Elgün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib:

“Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda... Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri... Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə... Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi”.