Hollivud aktyoru Maykl Alaimo vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 86 yaşında dünyasını dəyişib. O, mayın 2-də Kaliforniyanın Burbank şəhərində vəfat etsə də qızı Qabriella Alaimo yalnız indi bu barədə danışıb.
Qeyd edək ki, Alaimo 60 illik karyerasında bir çox filmdə rol alıb. O, 1996-cı ildə “Space Jam” və 1979-cu ildə “Oskar” mükafatına namizəd olan “Çin Sindromu” filmləri ilə məşhurlaşıb.