Ayan onları "bazar müğənnisi" adlandırdı

Ayan onları "bazar müğənnisi" adlandırdı
1091 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva "bayağı" ifaçıları tənqid edib.

Axşam.az xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində onları "bazar ifaçısı" adlandırıb: 

"Onlar olduğu toy, tədbir və konsertlərdə düşünürlər ki, ulduzdular. Çünki olduqları yer elə yerdir ki, ora tanınmayan insan çıxıb mikrofonu götürsə, hamı alqışlayacaq. Gördüyüm budur: haradasa bazar açılışıdır və onlar oradadır. Hamı da qışqırır. Orada onsuz ucuzluq var, hamı endirimə gəlib. Onlar düşünürlər ki, açılışa gəliblər. Yox, onlar bazarın içindədirlər".