Keçmiş "The Devil Wears Prada" nağaraçısı Deniyel Uilyams təyyarə qəzasında həlak olub.
Axşam.az xəbər verir ki, 39 yaşlı müğənni qəzadan bir neçə saat əvvəl təyyarədən paylaşım edərək “Mən indi ikinci pilotam” deyə, bildirib.
Qəzada Uilyamsla birlikdə hava nəqliyyatı vasitəsində olan həmkarı Deyv Şapironun da öldüyü müəyyən edilib.
Nyu-Cersi ştatının Teterboro hava limanından saat 23:15-də havaya qalxan təyyarə Kanzasda yanacaq doldurduqdan sonra Kaliforniyaya gedərkən, San Dieqoda yaşayış massivində qəzaya uğrayıb. Qəza nəticəsində çoxlu sayda ev və avtomobilə ziyan dəyib.
Qeyd edək ki, keçmiş nağaraçı proqram mühəndisliyi sahəsində işləmək üçün 2016-cı ildə musiqi karyerasına ara verib.