Şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva ilə bağlı daha bir qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, "Tarixin bir günü" verilişinə telefonla zəng edən şair rəqqasəni məhkəmədə udduğunu və aralarında baş verənlərdən söz açıb. Nazilə bildirib ki, onunla adının yanyana hallanmasını istəmir:
"İnsan dalaşar da, barışar da. Fatimə ilə 3 dəfə barışmışam. Bilmirəm danışığımda ona çatmayan nədir? Onun xeyrinə danışıram, səhv başa düşür. Ona görə düşündüm ki, ondan uzaq durum. Onu məhkəmədə uddum. Çünki mənə şər atdı və dedi ki, rəqs paltarımı götürüb gecə gedib. Gülünc görüntü olub. 1,74 boylu Nazilə Fatimənin paltarını harasına geyinir? Ona dedim ki, bütün hallarda məndən üzr istəyəcəksən. Mənim evimdə 2 oğlum var, onların kiminsə yanında utanmasını istəmirəm. Evimdəki uşaqlar məni tanımasaydı, indi həyatda olmazdım. Efirdə nə danışacağına fikir ver. Sonra qızı, kürəkəni, oğlunun atası Xəyal mənə zəng etdi. Gördüm ki, qalib olsam da böyüklük məndə qalsın. Sonra gördüm ki, bu insan nə danışır. Haranı açıram mənimlə Fatimənin şəkli. İstəmirəm həmin adamla adım hallansın".
Nazilə əlavə edib ki, məhkəmədə qalib olsa da, Fatimə tələbləri icra etməyib:
"Aş gətirmək sənin travmandısa, denən utanıram, bunu deməyin. Bu, sənin peşəndir, niyə utanmalısan? Onu alçaltmamışam, demişəm xına aparanda onun qrupu aş gətirib. Bu günə qədər ona keçdiyim güzəştlərə görə peşmanam. Nərimanov İcra şöbəsi, Fatimə Fətəliyevanın himayədarı kimdir? İki ildir məhkəməni udduğum halda o məndən üzr istəməyib. Haqqımı ala bilməyəckdimsə, niyə məhkəməyə gedirdim? Onsuz da icra olunmur. Haqqım niyə tapdalanıb?
Həyatımdan çıxsın, yoruldum. İstəmirəm onunla şəklimi yanyana görüm".